logo

Bərdədə qardaş 27 yaşlı bacısını bıçaqlayıb öldürdü

10:30 20-08-2021 | icon 6566
Bərdədə qardaş 27 yaşlı bacısını bıçaqlayıb öldürdü

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonunun Uğurbəyli kənd sakini 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Bərdə rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Fəqan Cabbarovun yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürdüyü müəyyən olunub.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.