logo

BMT-nin Əfqanıstandakı bölmələrini Almatıya köçürür

11:29 19-08-2021 | icon 5607
BMT-nin Əfqanıstandakı bölmələrini Almatıya köçürür

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanda akkreditə olunmuş agentliklərini müvəqqəti olaraq Qazaxıstanın əski paytaxtı Almatı şəhərinə yerləşdirəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, artıq ötən gün axşam saatlarından etibarən onların dislokasiyası başlayıb.

"BMT daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Qazaxıstana müraciət edərək UNAMA-nın və BMT-nin Əfqanıstanda akkreditə olunmuş digər agentliklərinin yardım missiyasının Almatıya müvəqqəti köçürülməsini xahiş edib. Qazaxıstanın BMT ilə hərtərəfli əməkdaşlığı ruhunda və bu təşkilatın tamhüquqlu üzvü kimi öhdəlikləri çərçivəsində Prezident Kasım-Jomart Tokayev BMT-nin müraciətinə dəstək vermək barədə qərar qəbul edib", - deyə XİN-in yaydığı məlumatda bildirilir.

BMT-nin agentliklərinin nə qədər əməkdaşının Almatıya köçürülməsi barədə isə məlumat verilmir.

"Əfqanıstanda vəziyyət sabitləşənə qədər UNAMA-nın və BMT-nin digər agentliklərinin Almatıdakı ofislərinin yerləşmə yeri və gələcək fəaliyyətinin altı aylıq olacağı gözlənilir. İşçilərin yerləşməsi, ofis kirayəsi və digər xərclər tam olaraq BMT büdcəsindən maliyyələşdiriləcək”, - deyə məlumatda bildirilir.