logo

Qəbələdəki “Bumçay” yatağı hərraca çıxarılır

10:59 19-08-2021 | icon 3402
Qəbələdəki “Bumçay” yatağı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 20-də Qəbələ rayonunda yerləşən “Bumçay” qum-çınqıl yatağının 4 LOT üzrə 15 hektarlıq sahəsi hərraca çıxarılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.Qeyd edilib ki, hərracda iştirakla bağlı iddiaçılar sənədləri sentyabrın 13-də saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq, həmçinin hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/2UsLuHs) və Özəlləşdirmə portalında (https://bit.ly/3CS9SUf) tanış olmaq mümkündür.