logo

Sergey Lavrov Rusiya şirkətlərini Qarabağın bərpasında iştiraka səslədi

18:48 17-08-2021 | icon 3283
Sergey Lavrov Rusiya şirkətlərini Qarabağın bərpasında iştiraka səslədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Rusiya avtomobil şirkətləri Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin tranzit potensialına diqqət yetirməlidirlər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə görüşdə bildirib.

“Hazırda orada infrastrukturun və magistral yollarının bərpası üzrə fəal iş aparılır, buna görə də xahiş olunur, bu perspektivli əraziyə daha yaxından nəzər salasınız, mənim fikrimcə, bu, iqtisadi cəhətdən faydalı olacaq”, - deyə S.Lavrov qeyd edib.

“Yaxın qonşuluğumuzun bu hissəsinin iqtisadi inkişafının Rusiyanın fəal iştirakı ilə davam etməsi çox vacibdir”, - deyə nazir vurğulayıb.