Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti ölkənin Frankfurt şəhərindən Bakıya uçuşları bərpa edib.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, aviaşirkətin təyyarəsi hava limanında ənənəvi olaraq su arkası ilə qarşılanıb.
Bakıdan Frankfurta uçuş hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.