2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1 milyard 76,3 milyon manat artaraq 2 milyard 533,4 milyon manat olub.
YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri 2 milyard 477,3 milyon manat proqnoza qarşı 102,3 faiz və ya 56,1 milyon manat çox icra edilərək illik proqnozun 55,2 faizini təşkil edib.