logo

6 ayda Neft Fondundan dövlət büdcəsinə 4,7 milyard manat transfert edilib

17:07 11-08-2021 | icon 3465
6 ayda Neft Fondundan dövlət büdcəsinə 4,7 milyard manat transfert edilib

2021-ci ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz və ya 978,3 milyon manat azalaraq 4 milyard 696,7 milyon manat icra edilib.

YeniAvropa  Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Neft Fondundan transfert proqnoza nisbətən 23 faiz və ya 1 milyard 403,3 milyon manat az icra edilib ki, bu da illik proqnozun 38,5 faizini təşkil edir.

Cari ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan transfert ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart aylarında az, yanvar, aprel, may və iyun aylarında çox icra edilib.