logo

6 ayda işğaldan azad olunmuş ərazilərin bərpasına 372,1 milyon manat xərclənib

15:55 10-08-2021 | icon 7014
6 ayda işğaldan azad olunmuş ərazilərin bərpasına 372,1 milyon manat xərclənib

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2 milyard 200 milyon manat nəzərdə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib. 

Qeyd edilib ki, 2021-ci ilin 6 ayı ərzində həmin vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.