Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) avqustun 10-dan etibarən Azərbaycanın 8 müəssisəsindən Rusiyaya alma tədarükünə icazə verib.
YeniAvropa xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycandan alma ixracına icazə verilən müəssisələr bunlardır: Qusar rayonunda yerləşən “Agroline”, “M-AGROFRESH” və “ECO FRUITS” MMC-lər, Bakının Nəsimi rayonunda yerləşən “NİAB” MMC, Nizami rayonunda yerləşən “EL FRUITS” MMC, Nərimanov rayonunda yerləşən “GF Company” MMC, Nərimanov rayonundan fiziki şəxs Mail Kişiyev və Şəmkirdə fəaliyyət göstərən fiziki şəxs Müsbət Həsənovdur.