logo

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

09:09 09-08-2021 | icon 2786
İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtının müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Seçki Komissiyasının qərarına əsasən, İctimai şuraya seçkilər avqustun 21-də saat 12:00-dan 14:00-dək “İqtisadi Elmi Tədqiqat İnstitutu”nun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-dək təmsilçiləri (1 nəfər olmaqla) haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) “[email protected]” elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.