logo

Bakıda Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

11:33 06-08-2021 | icon 8071
Bakıda Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Avqustun 6-da Bakıda Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda iştirak etmək üçün İraq Respublikasının rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibaninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlib. 

İclasda Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova , iş adamları iştirak ediblər. 

İclasda çıxış edən  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib ki, bu günədək Azərbaycan ilə İraq arasında əməkdaşlıq barədə 5 sənəd imzalanıb. Daha 12 sənədin imzalanması ilə bağlı müzakirələr aparılır.

Bu il Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi 40 faizədək artıb.

Nazir qeyd edib ki, hər iki ölkənin ticarət dövriyyəsini daha da artırması üçün böyük potensialı var.

"Hazırda Azərbaycanda İraq kapitallı 180-dən çox şirkət fəaliyyət göstərir". Bu fikri isə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova iclasda çıxışı zamanı səsləndirib. 

Nazir müavini qeyd edib ki, bu şirkətlər ticarət, tikinti, xidmət və sənaye sahələrini əhatə edir.