Yataqlar istismara veriləndən cari il iyulun 1-dək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kubmetr, “Şahdəniz”dən isə 145 milyard kubmetr qaz hasil olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetri ixraca göndərilib.