logo

6 ayda “Şahdəniz”dən 10 milyard kubmetr təbii qaz çıxarılıb

14:51 31-07-2021 | icon 3759
6 ayda “Şahdəniz”dən 10 milyard kubmetr təbii qaz çıxarılıb

Yanvar-iyun aylarında ölkədə 20,3 milyard kubmetr təbii qaz hasil edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, hasil olunan "mavi yanacaq"ın 6,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 10 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR-ın balansında olan yataqlardan çıxarılıb.

Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib.