logo

Aşqabadda “Dostluq” yatağının birgə istismarına dair Azərbaycan-Türkmənistan müzakirələri aparılıb

16:06 29-07-2021 | icon 3591
Aşqabadda “Dostluq” yatağının birgə istismarına dair Azərbaycan-Türkmənistan müzakirələri aparılıb

Aşqabadda Xəzər karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Hökumətlərarası anlaşma memorandumunun həyata keçirilməsi üzrə Türkmənistan-Azərbaycan işçi qrupunun iclası keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib.  verilən məlumata görə, energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək Hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Türkmənistanda səfərdə olub.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu il may ayında Aşqabadda keçirilən Türkmənistanın neft-qaz sektoruna investisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forumda “Dostluq” yatağının işlənilməsi ölkə üçün qərb istiqamətində təbii qazın ixracı üçün yeni imkanlar açacağı bildirilmişdi.