İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub.
YeniAvropa xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, açılış mərasimində İsrailin turizm naziri Yoel Razvozov da iştirak edib. Nazirlər Mikayıl Cabbarov və Yoel Razvozov Ticarət Nümayəndəliyinin açılışını bildirən qırmızı lenti kəsiblər.