Azərbaycan ilə İsrail arasında iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri müzakirə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“İsrailin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.