Bakıda “Rebuild Karabakh 2021” inşaat sərgisi keçiriləcək
Oktyabrın 20-22-də Bakıda 1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh 2021” sərgisinin keçirilməsi planlaşdırırlır.
YeniAvropa xəbər verir ki, bu barədə “Caspian Event Organizes” (“CEO”) şirkətindən bildirilib.
Qeyd edilib ki, sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi, həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradacaq.
"Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağ bölgəsinin inkişafı ölkə üçün prioritet vəzifədir. Bu baxımdan, Qarabağın zəngin təbii ehtiyatlarını və iqtisadi potensialını nəzərə alaraq “Rebuild Karabakh 2021” sərgisi geniş iqtisadi fəaliyyət sahələrini əhatə etməyi planlaşdırır və aşağıdakı sektorları təmsil edən şirkətləri sərgidə iştiraka dəvət edir: banklar və investisiyalar, təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyalar, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, energetika və ekologiya.
Sərgidə təqdim ediləcək müxtəlif sektorlar tədbiri xüsusən əlamətdar edir və Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkan yaradır. Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçıları və qonaqları əlavə tədbirləri ehtiva edən maraqlı proqram gözləyir",-deyə məlumatda bildirilib.
Sərgi Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.
Sərginin təşkilatçısı “Caspian Event Organizes” şirkətidir.
“Rebuild Karabakh 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz (+994124041000, [email protected]).
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb