logo

Bakıda Azərbaycan-ABŞ iqtisadi əlaqələri müzakirə edilib

19:07 27-07-2021 | icon 2758
Bakıda Azərbaycan-ABŞ iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,görüşdə nazir Mikayıl Cabbarov ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.

Oklahoma ştatının qubernatoru Kevin Stit ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpasında ABŞ şirkətlərinin iştirakı, enerji, o cümlədən bərpaolunan enerji, kənd təsərrüfatı, texnologiyaların transferi istiqamətləri üzrə müzakirələr aparılıb, Ələt Azad İqtisadi Zonasının logistik imkanları barədə məlumat verilib.