logo

AQTA bir sıra ölkələrdən donuz əti məhsullarının idxalına qadağa qoydu

10:30 27-07-2021 | icon 2639
AQTA bir sıra ölkələrdən donuz əti məhsullarının idxalına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya bildirilib ki, OIE-nın məlumatına əsasən, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Almaniyanın Brandenburg, Sachsen, Macarıstanın Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniyanın Braila, Salaj, Bihor, Polşanın Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreyanın Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippinin Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziyanın Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiyanın Primorskiy, Amurskaya, Kaluqa, Latviyanın Vecumnieku, Apes, Dobeles, Cənubi Afrikanın Mpumalanga, Western Cape, Gauteng, Moldovanın Rîşcani, Falesti, Ungheni, Çinin Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniyanın Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikası, Myanma İttifaqı Respublikasının Ohangwena, Kunene, Shan, Kot-d'İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiyev və Chernivtsi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nın “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınaraq həmin inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.