logo

Nazir:Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək

14:09 23-07-2021 | icon 2583
Nazir:Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək

Rusiya Federasiyasının işgüzar şirkətləri Azərbaycanda səfərdədir. Bu şirkətlər sənaye, nəqliyyat, memarlıq, informasiya texnologiyaları və digər sahələr üzrə çalışan şirkətlərdir. Düşünürəm ki, bu səfər Azərbaycan və Rusiya arasında ticari dinamikanın artmasını özündə əks etdirir.

YeniAvropa xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, nəqliyyat-logistika layihələri və xüsusilə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində birgə əməkdaşlıq müzakirə mövzusudur.

Onun sözlərinə görə, səfərin nəticəsi olaraq ölkələrimiz arasında yeni əməkdaşlıq layihələri həyata keçiriləcək.