Bakı Metropoliteni Paytaxta 20 yeni vaqon gətirilib
İyun ayının sonuncu iki günü ərzində 2 tərkibdə olmaqla, Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar “Nərimanov” elektrik deposuna gətirilib.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar qurumun sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766. B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq. Sərnişinə xidmət baxımından üstünlükləri qeyd etsək, kondisioner sistemi Bakının iqlim şəraitinə uyğunlaşdırılmaqla mikroiqlim nəzarəti sistemi havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Bununla yanaşı, vaqonda ultrabənövşəyi lampalar da havanın zərərsizləşdirilməsi funksiyasını daha da gücləndirir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir. Eyni zamanda, qatarın tutumu 15 faiz artır. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarının genişləndirir. Maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.
Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək. Xəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb