Azərbaycanın Rusiyadan aldığı metro qatarlarının 2-si Azərbaycan sərhəddini keçib ölkə ərazisinə daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, digər iki qatar isə sərhədə yaxınlaşır.
Qeyd edək ki, iyunun 30-da Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.