logo

ÜST: Dünya koronavirusun üçüncü dalğasının başlanğıcındadır

21:15 14-07-2021 | icon 3052
ÜST: Dünya koronavirusun üçüncü dalğasının başlanğıcındadır

Koronavirusun “Delta” ştamı dünyada yeni yoluxma artımının əsas səbəbidir, biz üçüncü yoluxma dalğasının başlanğıcındayıq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun COVID-19 infeksiyası üzrə Fövqəladə Komitəsinin iclasının açılış mərasimində çıxış edərkən deyib.

“Delta” ştamı hazırkı yoluxma artımının əsas hərəkətverici elementlərindən biridir, o, artan sosial təsirlərdən və insan hərəkətlərindən, həmçinin təsdiqlənmiş sosial və ictimai sağlamlıq tədbirlərinin uyğunsuz istifadəsindən qaynaqlanır”, - deyə Qebreyesus bildirib. Onun sözlərinə görə, Avropa və Şimali Amerika əhalisi arasında vaksinasiya səviyyəsinin artması bəhrə verməyə başlayıb, bu regionlarda virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilib. Lakin vəziyyət yenidən dəyişir və dünya “üçüncü yoluxma dalğasının başlanğıcındadır.

“Artıq ardıcıl olaraq dördüncü həftədir ki, dünyada COVID-19 infeksiyasına yoluxma halları artmaqda davam edir. On həftəlik enişdən sonra ölüm səviyyəsi də artmağa başlayıb”, - deyə ÜST-nin baş direktoru əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi üç aydan bir toplanaraq koronavirusun yayılma təhlükəsini qiymətləndirir. Hazırda komitənin qərarına əsasən, COVID-19 ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət səviyyəsindədir.

Komitə öz iclasının nəticələrinə əsasən, iyulun 15-də ÜST üçün yenilənmiş tövsiyələrini təqdim etməlidir.