logo

Yaponiyada Azərbaycan Ticarət Evi açılacaq

15:30 13-07-2021 | icon 2849
Yaponiyada Azərbaycan Ticarət Evi açılacaq

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

YeniAvropa xəbər verir ki, bu barədə AZPROMO-dan bildirilib.Qeyd edilib ki, görüşdə iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət, nəqliyyat-logistika və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradan Ələt İqtisadi Azad Zonası haqqında görüş iştirakçılarını məlumatlandırıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ixracın dəstəklənməsi istiqamətində qurum tərəfindən görülən işlər, “Made in Azerbaijan” brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfir C.Vada Azərbaycan və Yaponiya iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışıb, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.