logo

Emmanuel Makron Fransada COVID-19 peyvəndini məcburi elan etdi

09:56 13-07-2021 | icon 3682
Emmanuel Makron Fransada COVID-19 peyvəndini məcburi elan etdi

Tibb işçilərinin peyvənd edilməsi məcburidir, sərhədlərdə nəzarət gücləndiriləcək, COVID-19 epidemiyası ilə bağlı PCR testləri ödənişli olacaq, ictimai yerlərdə (restoranlarda, ticarət mərkəzlərində, xəstəxanalarda və qatarlarda) avqustun əvvəlindən sanitar pasport (PCR testləri, peyvənd) tələb olunacaq.

YeniAvropa xəbər verir ki,bu barədə  Fransa prezidenti Emmanuel Makron  televiziya vasitəsilə fransızlara müraciət edərək bildirib.

O, ölkədə koronavirusun yenidən yayılmasının qarşısının alınması istiqamətində bir sıra tədbirləri səsləndirərək, bu gündən sentyabrın 15-dək peyvəndin məcburi olduğunu bildirib. Sentyabrdan ölkədə PCR testinin artıq ödənişli olacağını elan etməklə, fransızları peyvənd etməyə təşviq edib. Həmçinin iyulun 21-dən teatr, konsert, festivallarda və attraksion parklarında sanitar pasport tələb olunacağı bildirilib. Ölkədə 50 nəfərdən çox olan məkanlara sanitar pasportsuz daxil olmağa icazə verilməyəcək.

Koronavirusun yenidən fəallaşması nəticəsində Fransanın dənizaşırı departamentlərində -Martinik və Reunyonda fövqəladə sanitar vəziyyət elan edilib və iyulun 13-dən komendant saatı yenidən tətbiq olunub.

Epidemiyanın iqtisadiyyata təsirindən söz açan E.Makron bu istiqamətdə müəyyən edilmiş planlardan danışıb. Koronavirus epidemiyasından əvvəl ölkədə aylarla davam edən, etiraz nümayişləri doğurmuş məşhur pensiya islahatına toxunaraq, mövcud olan 42 pensiya rejiminin qəbuledilməz olduğunu bildirib. “Uzun ömür yaşayırıq, ona görə uzun müddətdə işləməli və təqaüdə gec çıxmalıyıq”, - deyə Fransa prezidenti diqqətə çatdırıb. O, Dövlət Şurasının yenidən pensiya islahatlarına baxacağını qeyd edib.