Hindistanın şimalında ildırım vurması nəticəsində bir gündə azı 60 nəfər həlak olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bazar günü Uttar-Pradeş ştatında ildırım zərbəsi 41 nəfərin həyatına son qoyub. Əsasən kənd yerlərində qeydə alınan hadisələrin qurbanı qadınlar və uşaqlar olub.
Rachastan ştatında isə turistlərin kütləvi ölümü baş verib. Onlar məşhur Amber saray kompleksini ziyarət edərkən baxış qülləsini ildırım vurub. Bu zaman şelfi çəkdirən 11 nəfər həyatını itirib. İldırım daha 9 nəfəri ştatın ayrı-ayrı yerlərində öldürüb.
İstirahət günləri region tufanla müşayiət olunan musson yağışlarının təsirinə məruz qalıb.