logo

Haiti prezidenti ölümündən öncə yataq otağında işgəncəyə məruz qalıb

23:59 10-07-2021 | icon 3507
Haiti prezidenti ölümündən öncə yataq otağında işgəncəyə məruz qalıb

Haitinin prezidenti Jovenel Moiz öldürülməzdən öncə işgəncələrə məruz qalıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Haiti rəsmilərinin Moizeyə qarşı sui-qəsd istintaqı ilə bağlı yaydıqları məlumatda bildirlib.

İstintaqı aparan hakimlərdən biri Karl Henri Destin "Le Nouvelliste"yə açıqlamasında prezidentin öldürülməzdən əvvəl yataq otağında işgəncəyə məruz qaldığını bildirib. O, ölkə başçısının qızının qaçdığını, oğlu və işçilərinin isə ağzının bağlandığını deyib.

Prezidentin qolunda və sağ ayağında qırıqların olduğu qeyd edilib.

Qeyd edək ki, Haiti prezidenti 7 iyulda evinə silahlı hücum zamanı qətlə yetirilib. Ağır yaralanmış xanımı isə Mayamiyə aparılıb. Haiti hakimiyyəti prezidentin qətlində şübhəli bilinən şəxslərin həbs olunduğunu elan edib.

Məlumata görə, Moizi öldürən muzdlu dəstənin üzvləri 26 nəfərdən ibarətdir.