logo

Böyük Britaniya Əfqanıstandakı hərbi missiyasını başa çatdırıb

18:49 09-07-2021 | icon 3850
Böyük Britaniya Əfqanıstandakı hərbi missiyasını başa çatdırıb

Böyük Britaniyanın baş naziri Boris Conson ingilis əsgərlərinin böyük əksəriyyətinin Əfqanıstandan çıxarıldığını və ölkəsinin Əfqanıstandakı hərbi missiyasının başa çatdığını açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, parlamentin Nümayəndələr Palatasının iclasında çıxış edən Boris Conson Əfqanıstanda xidmət edən ingilis qoşunlarının ölkədən çıxarılması barədə məlumat verib.

Əfqanıstanın artıq “Əl-Qaidə” terror təşkilatı üçün hərbi baza olmadığını söyləyən baş nazir deyib: “İyirmi ildir davam edən təlim düşərgələri artıq ləğv olunub və “Əl-Qaidə” rəhbərliyi ölkədən çıxarılıb. Bu, həqiqətləri heç vaxt unutmamalıyıq”.

Baş nazir , həmçinin, Əfqanıstandakı missiya müddətində 457 ingilis əsgərinin həyatını itirdiyini qeyd edib.

İngilis əsgərləri ölkəni tərk etsə də, Birləşmiş Krallığın Əfqanıstanı hər zaman dəstəklədiyini söyləyən Boris Conson bildirib ki, bu il Britaniya Əfqanıstanın inkişafı üçün 100 milyon, milli təhlükəsizlik məsələləri üçün isə 58 milyon funt-sterlinq ayırıb.