Bakıya uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb
Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, “Turkish Airlines”, “Lufthansa”, “Qatar Airways”, “Aeroflot”, “S7”, “flyDubai” kimi iri aviaşirkətlər, habelə “Pegasus”, “SkyUp Airlines” kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.
Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL 9 istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24 faizi).
Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər). Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilib. Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul (“Turkish Airlines”) və Moskva (“Utair”), Gəncə hava limanından İstanbul (“Turkish Airlines”), Moskva və Sankt-Peterburq (“Ural Airlines”), Lənkəran hava limanından Moskva (“Ural Airlines” və “Nordwind”) və Sankt-Peterburq (“Nordwind”) istiqamətlərində birbaşa uçuşlar icra edilir.
COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi.
2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunur. Həmin azadlıq dərəcələri bütün xarici aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.
COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi.
Heydər Əliyev Beynəlxalq Aeroportu bir neçə dəfə "MDB-nin ən yaxşı hava limanı" adına layiq görülüb, 2021-ci ildə isə "Skytrax" audit şirkəti tərəfindən paytaxtın hava limanı COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduz" reytinqi ilə təltif edilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb