Cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Biznes Forumda (IBF) 2500-dək iş adamını bir araya gətirməyi planlaşdırırıq.
YeniAvropa xəbər verir ki, bu sözləri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Abdurrahman Uzun jurnalistlərə açıqlamasında deyib.
“Bu forum 2 ildən bir keçirilir. İki il əvvəl forum Bosniya və Herseqovinada baş tutub”, - deyə A.Uzun əlavə edib.