Ölkəmiz Avropa İttifaqı (Aİ) (“European Commission”) ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.