logo

İstanbulda Azərbaycanın himayəsi ilə Avrasiya İqtisadi Zirvəsi keçirilir

11:44 08-07-2021 | icon 3150
İstanbulda Azərbaycanın himayəsi ilə Avrasiya İqtisadi Zirvəsi keçirilir

İyulun 8-də İstanbulda Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan XXIV Avrasiya İqtisadi Zirvəsi öz işinə başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,COVID-19 pandemiyası riskinə görə, iştirakçıların bir hissəsinin onlayın qatıldığı toplantıda siyasi və dövlət xadimləri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sabiq dövlət və hökumət başçıları iştirak edirlər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, vətənlərimizin bütövlüyü uğrundan canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Azərbaycan prezidenti İlham Əliyevin toplantıya ünvanlandığı məktub energetika naziri Pərviz Şahbazov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu isə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım tərəfindən oxunub.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ənənəvi Avrasiya İqtisadi Zirvəsinin qarşıya qoyduğu vəzifələrdən danışıb.

İki gün davam edəcək toplantıda açılış mərasimindən sonra təşkil olunacaq 6 paneldə əyani və onlayn müzakirələr əsasında müasir dünyanın hazırda qarşılaşdığı qlobal problemlər, inkişafa mane olan və onun düzgün yollarının tapılması məsələləri müzakirə olunacaq, bir neçə təqdimat keçiriləcək.

Bugünkü ikinci panel Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına həsr olunub.