logo

Natiq Cəfərlidən devalvasiya xəbərdarlığı

11:09 08-07-2021 | icon 3290
Natiq Cəfərlidən devalvasiya xəbərdarlığı

"Hamıya aydındır ki, manat daha heç vaxt dollar qarşısında bahalaşmayacaq”.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib.

O, manatın uzun müddət sabit qalacağına inanmadığını vurğulayıb:"Belə olan halda, vətəndaş sərbəst vəsaitini niyə manatda saxlasın ki? Hansı məntiqlə?! Gündəlik xərcliyini manatda saxlaya bilər. Bu doğrudur ki, cüzi məzənnə fərqinə görə uduzmasın, amma böyük məbləğdə "qara gün" üçün yığdığı və xərcləmədiyi pulu niyə manatda saxlasın? Nədən elə bilirlər ki, bu xalq sadəlövdür?! Xalq siyasətə qarışmasa da pul işini, gəlirini-xərcini yaxşı bilir”.

İqtisadçı qeyd edib ki, manatın məzənnəsini inzibati qaydada hələ 1-2 il də saxlaya bilərlər, amma sonra bu mümkün olmayacaq:

"Məzənnə məsələsi iqtisadi elmi nəzəriyyələrə söykənir, bu elmi yanaşmanı bir neçə il "zorlamaq" olar. Necə ki, 2005-2015 ci illər arası etdilər, sonra 3 dəfə devalvasiya yaşadıq. Amma sonda mütləq elm zora qalib gələcək”.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 31,5%-i əlindəki vəsaiti manatda saxlayır. Sorğu iştirakçılarının 61,7%-i ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib.