logo

Sahibkarlara verilən subsidiyanın məbləği 57 milyon manatdır-Nazir

17:11 07-07-2021 | icon 3262
Sahibkarlara verilən subsidiyanın məbləği 57 milyon manatdır-Nazir

Pandemiyadan zərərçəkmiş sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5463 müraciət daxil olub, bunlardan 4497-nə (82,3 faiz) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır.