Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,55 dollar ucuzlaşaraq 76,08 dollar təşkil edib.
Qeyd edək ki,ötən gün Azərbaycan neftinin bir barelinin qiyməti 78,35 dollar təşkil edib.Bu, son iki ildə Azərbaycan neftinin maksimum satış qiyməti olub.
Belə ki, Azərbaycan neftinin qiyməti 2019-cu il aprelin 26-dan bəri ilk dəfə 78 dolları ötüb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.