“OPEC+” nazirlərinin iclası yenidən təxirə salınıb
OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb.
YeniAvropa OPEC-in saytına istinadla xəbər verir ki, iclasın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, iclas dünən keçirilməli idi və “OPEC+” ölkələrinin avqust ayında istehsalın hansı həcmdə artırılacağını müzakirə etməsi nəzərdə tutulurdu.
İyulun 1-də “OPEC+” nazirlərinin toplantısı olub, lakin fikir ayrılıqları səbəbində neft hasilatına dair hər hansı qərar qəbul edilməyib və iclas bu günə təxirə salınıb. İclasda Birləşmiş Ərəb Əmirlikləri danışıqlarında özü üçün daha yaxşı şərtlər istəyib. Bu da digər ölkələr tərəfindən müsbət qarşılanmayıb. Həmin gün OPEC Konfransının 181-ci toplantısı da videokonfrans formatında keçirilib.
Ekspertlər “OPEC+”un qarşıdakı dövr üçün neft hasilatını gündəlik 400-500 min barel artıracağını gözləyirlər.
Bəzi analitiklərin fikrincə isə fikir ayrılığı hasilatın ümumiyyətlə artırılmaması ilə də nəticələnə bilər. Yəni koalisiya 2022-ci ilin aprelinədək hasilatı artırmaya bilər.
Xatırladaq ki, ötən ay keçirilən “OPEC+” nazirlərinin 17-ci videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb