Braziliya Ali Məhkəməsində prezident Jair Bolsonaronun barəsində ölkə prokurorluğunun korrupsiya iddiası ilə bağlı təqdimatına baxılıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, təqdimat ölkənin Ali Məhkəməsi tərəfindən təmin edilib.
Belə ki, dövlət başçısının adı "Bharat Biotech" şirkəti (Hindistan) tərəfindən hazırlanan "Covaxin" peyvəndinin alqı-satqı müqaviləsində ortaya çıxan korrupsiya faktında hallanır.
Bolsonaroya korrupsiya ittihamları barədə prokurorluq tərəfindən xəbərdarlıq edilib.
Faktla bağlı başladılan istintaq prezidentin nə dərəcədə məsuliyyətli davrandığını ortaya çıxarmaq və eləcə də Braziliyada vaksinasiya proseslərində korrupsiya ittihamlarına aydınlıq gətirmək məqsədi daşıyır.