Azərbaycan neftinin qiyməti bahalaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,16 dollar artaraq 77,11 dollar təşkil edib.
Qeyd edək ki, bu , son iki ildə Azərbaycan neftinin maksimum satış qiymətidir. Belə ki, Azərbaycan neftinin qiyməti 2019-cu il aprelin 26-dan bəri ilk dəfə 77 dolları ötüb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.