logo

EBRD Azərbaycan iqtisadiyyatına 3 milyard avro investisiya yatırıb

16:56 29-06-2021 | icon 3892
EBRD Azərbaycan iqtisadiyyatına 3 milyard avro investisiya yatırıb

Sabah, iyunun 30-da Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) 30-cu İllik toplantısı başlayır. Tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Ölkəmiz EBRD ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 milyard avrodan çox investisiya yatırılıb. Toplantı ərəfəsində EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında bankın iştirakı barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.