logo

Almaniya rusların ölkəyə girişinə qadağa qoydu

14:31 29-06-2021 | icon 6069
Almaniya rusların ölkəyə girişinə qadağa qoydu
Almaniya koronavirus mutasiyalarının yayılması səbəbiylə 29 iyundan etibarən Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edib.
YeniAvropa xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı səfirliyinin saytında məlumat yerləşdirilib. 

Məlumatda qeyd edilir ki, Almaniya Səhiyyə Nazirliyinə tabe olan Robert Koch İnstitutu (RKI) Rusiya və Portuqaliyanı təhlükəli COVID-19 mutasiyalarının yayıldığı ölkələr siyahısına daxil edib. Bu siyahıda Braziliya, Böyük Britaniya, Hindistan, Portuqaliya və Cənubi Afrika da daxil olmaqla daha 14 ölkənin yer alır.

Qərara əsasən, yalnız müəyyən kateqoriyalı vətəndaşlar təcili ehtiyac olduqda ölkəyə viza ala bilərlər. Digərləri isə Almaniyaya səyahət məqsədi ilə müraciət edə bilməzlər.