logo

Türkiyədən BTC dəmir yolu ilə Çinə növbəti konteyner qatarı yola düşüb

13:33 29-06-2021 | icon 5124
Türkiyədən BTC dəmir yolu ilə Çinə növbəti konteyner qatarı yola düşüb

Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb. Blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.

“ADY Konteyner” MMC-dən YeniAvropa-ya bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır. Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı Limanından Qazaxıstanın Aktau limanına göndəriləcək.

Konteynerlər Xəzər dənizini operatoru “ADY Konteyner” MMC olan fider gəmisi vasitəsilə aşacaq.

Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.