Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,21 dollar ucuzlaşaraq 75,56 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Bu il isə Azərbaycan neftinin maksimum satış qiyməti iyunun 26-da qeydə alınıb- 1 barrel üçün 76,77 dollar.