logo

Azərbaycanlı xanım Avropa bankının regional meneceri təyin edildi

15:57 28-06-2021 | icon 3241
Azərbaycanlı xanım Avropa bankının regional meneceri təyin edildi

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib.

YeniAvropa  EBRD-nin saytına istinadla xəbər verir  ki, bu vəzifəyə əslən azərbaycanlı olan Aytən Rüstəmova təyin edilib.

2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə bankın Türkmənistan üzrə ölkə meneceri olub.

EBRD-nin yeni meneceri son 4 ildə çalışdığı Mərkəzi Asiyada qalmağından məmnun olduğunu və bütün tərəfdaş ölkələrlə yaşıl, inklüziv, rəqəmsal və həyati əhəmiyyətli layihələrin partnyorluq şəklində həyata keçiriləcəyini qeyd edib.