"Azərbaycan Hava Yolları” QSC ( AZAL) Bakı-Moskva (Domodedovo hava limanı) və əks istiqamətdə aviareyslərinin sayını artırır.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda bu istiqamətdə həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və bazar günləri ) aviareyslər həyata keçirilir. İyulun 1-dən isə daha bir reys əlavə olunacaq. Hazırda növbəti aviareysin tarixi ilə bağlı "AZAL" Rusiya tərəfi ilə danışıqlar aparır.
Xatırladaq ki, hazırda Moskva-Bakı-Moskva istiqamətində Rusiyanın bir sıra aviaşirkətləri reyslər təşkil edir. Belə ki, "Aeroflot” aviaşirkəti həftədə 5 dəfə, "Utair” isə həftədə bir dəfə aviareys təşkil edir.