logo

MSK son nəticələri açıqladı: Nikol Paşinyan 53,91 % səslə qalibdir

15:55 27-06-2021 | icon 3003
MSK son nəticələri açıqladı: Nikol Paşinyan 53,91 % səslə qalibdir

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, MSK-nın iclası yerli telekanallar vasitəsi ilə canlı yayımlanıb.

MSK-nın məlumatına görə, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin 53,91 faizini, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” seçki bloku isə 21,9 faizini toplayıb.

“Yekun nəticələrə görə, 687 761 (53,91%) seçici “Vətəndaş müqaviləsi” partiyası, 269 481 (21,9%) nəfər isə "Ermənistan" blokuna səs verib”,- deyə MSK sədri Tiqran Mukuçyan bildirib.

Beləliklə , Nikol Paşinyanın partiyası parlamentdəki 132 deputat yerindən 71 -nə sahib olub. 

Nikol Paşinyanın partiyası və Pobert Koçaryanın blokundan əlavə, səslərin 5,22%-ni qazanan üçüncü prezident Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Şərəf duyuram” bloku da parlamentdə təmsil olunmaq hüququ qazanıb.