logo

İranın koronavirusa qarşı “Nura” adlı milli peyvəndin istehsalına başlayır

13:44 27-06-2021 | icon 3017
İranın koronavirusa qarşı “Nura” adlı milli peyvəndin istehsalına başlayır

Tehranın Tibb Universitetində İranın koronavirusa qarşı yeni istehsal etdiyi “Nura” peyvəndinin təqdimatı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, təqdimat mərasimində İranın səhiyyə naziri Səid Nəmaki və digər rəsmi şəxslər iştirak ediblər.

Universitetin rektoru Həsən Əbdülqasım bildirib ki, kliniki yoxlamalar zamanı “Nura” peyvəndinin xəstələr üçün səmərəli olduğu müəyyən edilib.

Bu peyvəndin testdən keçirilməsi zamanı orqanizmə heç bir mənfi təsiri müşahidə edilməyib. Onun sözlərinə görə, İran alimləri başqa ölkələrdə olduğu kimi peyvəndin yaradılması haqqında məlumatları gizlin saxlamır və elmi jurnallarda bu barədə məqalələr dərc etdiriblər.

Peyvəndin yaradılması zamanı insan orqanizminə ziyan vura biləcək heç bir preparatdan istifadə edilməyib. İlkin mərhələdə 1 milyon, sonra isə ayda 3 milyon doza “Nura” peyvəndi istehsal olunacaq.