logo

İstanbuda 11 mərtəbəli yaşayış binası çökdü

11:10 27-06-2021 | icon 2723
İstanbuda 11 mərtəbəli yaşayış binası çökdü

İstanbulun Sarıyer rayonunda 11 mərtəbəli yaşayış binası çöküb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bina iki il əvvəl çökmə ehtimalına qarşı boşaldılıb.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Tikilinin yaxınlığındaki dayanacaqdaki üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə çox sayda mütəxəssis cəlb olunub. Hazırda ətraf binalara dəyən zərər araşdırılır.

Bölgəyə gələn Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc adıgedən binanın 2019-cu ildə boşaldıldığını, sökülməsi üçün son sənədləşdirmə işlərinin aparıldığını bildirib.