Azərbaycan neftinin qiyməti bahalaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 76,77 dollar təşkil edib.
Qeyd edək ki,bu, 2019-cu ilin iyun ayından bəri Azərbaycan neftinin maksimum satış qiymətidir.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.