logo

Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 10 milyon tonadək neft çıxarılıb

14:04 25-06-2021 | icon 3549
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 10 milyon tonadək neft çıxarılıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda 14,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 918,7 min ton az olub.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, respublika üzrə neft hasilatının 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.