Yanvar-may aylarında ölkədə 17 milyard kubmetr təbii qaz hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 8,4 milyard kubmetri “Şahdəniz” yatağından, 3,2 milyard kubmetri isə SOCAR-ın balansında olan yataqlardan hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz, yəni 551,5 milyon kubmetr artımla qaz hasil edilib.